Yeni nəsil komedik aktyorların ən populaylarından biri Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, xüsusən cənub bölgəsinin, talışların ləhçəsiylə parodiyalar edib seyrçini güldürməkdə pərgardır. Əksər müasir komediyalarda, telelayihələrdə bir qayda olaraq iştirak edir. Hərdən rejissorluğa, prodüsserliyə də baş vurur.

Söhbət bu gün doğum günü qeyd edilən Müşfiqdən gedir!

 

Komediya aktyoru, rejissor Müşfiq Şahverdiyev 11 sentyabr 1983-cü ildə Lənkəranda anadan olub. Bəxt sarıdan heç də gileyli deyil. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanıb.

"My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır.

Xatırladım ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşüb və rekordu təzələyib.

 

Filmoqrafiya

 

1. Yanmış körpülər

2. Niyə?

3. Niyə? 2

4. Ağ Tük

5. Miras

6. My name is İntiqam

7. Qayınanamız

8. My name is İntiqam 2

9. Gizlənpaç

10. O başdannan

11. Komedixana

12. Qara Qura İşlər

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.