İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişini otaylı butaylı Azərbaycanda çox sevirdilər. Orta və yaşlı nəsil yəqin ki bu proqramı sevə-sevə xatırlayır. Onun aparıcılarından biri olan İlham Əsgərovun səsində bir xalqın həm sıdırım dağları, həm lilpar bulaqları, həm yaşıl çəmənləri, eləcə də döyüşdə hayqıran ərənləri, qopuz çalan ozanları – bir sözlə maddi və mənəvi varidatı əks tapırdı.
Azərbaycan Respublikasının xalq artisti İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.
Azərbaycan Dövlət Televiziyasında
- Vilyam Şekspirin "İki veronalı" (Valentin)
- İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),
- Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),
- Mar Bayciyevin "Ər və arvad" (Əziz),
- Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,
- Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)
Filmoqrafiya
- Aşıq Məhəmməd Sadaxlı
- Bitməyən ömür
- Biz qayıdacağıq
- Biz qayıdacağıq
- Böyük ömrün anları
- Böyük ömrün davamı
- Cavad xan
- Cavid ömrü
- Doğma sahillər
- Dönüş
- Düma ömrünün qırx günü
- Ər və Arvad
- Fatehlərin divanı
- Fədakar
- Güllələnmiş heykəllər
- Günahsız Abdulla
- Həsrətli gözlərin rəsmi
- Xilaskar
İlham Əsgərov Azərbaycan Respublikasının Əməkdar Artisti, Xalq Artisti fəxri adlarına, 3 dəfə Prezident Mükafatına və Cəfər Cabbarlı mükafatına layiq görülüb. İlham Əsgərov Kərbala ziyarətində olub.
O, 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.09.2025)