İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Adətən yaşı 40-ı keçəndən sonra aktyorlar məşhurlaşırlar. Əlbəttə, söhbət komedik aktyorlardan, “bozbaş”sayaqlardan getmir. Ölkəmizdə bir düşük gülüş sevgisi vardır, kassa filmlərimiz də adətən bir qayda olaraq belə düşük filmlər olur. Kinoda, teatrda isə tanınmaq üçün uzun illər lazım olur.
Gəlin 40 yaşa kimi olan aktyorları da təbliğ edək, tanıdaq.
Niyə də yox?
Məsələn, indi haqqında söhbət açacağım aktyorun bu gün doğum günüdür. Məncə, kimisə tanıtmaq üçün doğum günündən gözəl fürsət ola bilməz.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu 1986-cı il sentyabr ayının 2-də Bakı şəhərində doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor kimi çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.
Teatrsəhnəsində yaratdığı rollaragəlincə, teatr xadimləri onu tarixi tamaşalar aktyoru hesab edirlər. Hüseyn Cavidin ölməz “İblis” və “Şeyx Sənan” tamaşalarından rol almaq əlbəttə ki, az iş deyil.
Oynadığı əsas rolları
1. Mim - ("İmperator", Elçin)
2. Savalan - ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev)
3. Vasif - ("İblis", H.Cavid)
4. Tülkü - ("Tülkü Həccə gedir", A.Şaiq)
5. Şir - ("Cəsur qurbağa balası", L.Ustinov)
6. Dəvəçi - ("Şeyx Sənan", H.Cavid)
7. Həbəş - ("Ezop", G.Fiqeyredo)
8. Banda üzvü - ("Oliver Tvistin macəraları", Ç.Dikkens)
9. Şagird - ("Mənim ağ öyərçinim", T.Vəliyeva)
10. Müəllim - ("Əcəl atı", V.Əlixanlı)
Düşünürəm ki, bu yazı vəsilə olacaq, oxuculardan kimsə yolunu Gənc Tamaşaçılar Teatrından salıb Vahid Orucoğlunun ifasına baxacaqlar.
Düşünürəm ki, bəyənəcəklər də.
“Ədəbiyyat və incəsənət”
(02.09.2025)