16-cı “Cinema Breeze Baku” film festivalı Featured

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Sayca 16-cı dəfə keçirilən, paytaxtımızın isə 2-ci dəfə ev sahibliyi edəcəyi “Cinema Breeze Baku” film festivalı barədə söhbət edəcəyəm. İlk dəfə ötən ilin Oktyabr ayında ölkəmizə həvalə olunan festival kifayət qədər maraq və diqqət cəlb etmişdi. Bu ildə Oktyabr ayında təşkil olunacaq festivala olan maraq bir qədər də  böyükdür. Bu günkü mövzumuz ötən il təşkil edilən festival zamanı  müxtəlif nominasiyalar üzrə qalib adını qazanan filmlər haqqında danışmaq, həm də bu il təşkil olunacaq festival zamanı qarşıya qoyulan hədəflər və məqsədlər barədədir. Ötən il təşkil edilən və 4 gün davam edən festivalda müxtəlif nominasiyalar üzrə qalib adını qazanan filmləri diqqətinizə çatdırıram:

 

"Balam" filmi - Rejissor İra Bas/ Rusiya

 

Tammetrajlı film kateqoriyasında "Ən yaxşı təsvir rejissoru" - "Tənha insanın monoloqu" - Rejissor

 

Emin Əfəndiyev. Təsvir rejissoru Daniel Quliyev

 

Ən yaxşı ssenari - "Bazar günü" -Rejissor:  Şakir Xolikov / Özbəkistan

 

Ən yaxşı rejissor "Rosinante" -Rejissor: Baran Gündüzalp

 

Ən yaxşı tammetrajlı "Baurına salu" -Rejissor: Asxat Kuçinçirekov /Qazaxıstan

 

Beynəlxalq müsabiqənin qısametrajlı filmlər kateqoriyasında qalibləri

 

Münsiflər heyətinin xüsusi qeydi - "Taksidermist" - Rejissorlar: Behzad Alavi və Süsən Salamat Çaqoşi/ İran

 

"Acqarına getməyək" - Rejissor Yigit Hepsev/ Türkiyə

 

Ən yaxşı animasiya - "Atamın məktubları" - Rejissor: Aleksey Yevstinqneyev /Fransa

 

Ən yaxşı sənədli film - "Valeriya" - Rejissor Sara Yurinçik / Xorvatiya

 

Ən yaxşı rejissor - "Çuxur" filmi - Rejissorlar: Kristian Bekə və Oliver Şvabe/ Almaniya

 

Ən yaxşı bədii film - "Demək olar tamamilə yanlışdır" - Rejissor: Cansu Baydar /Türkiyə

 

"Asiya istedadları" müsabiqəsinin qalibləri:

 

Ən yaxşı film - "Fələstin adaları" - Rejissorlar: Nur Ben Selem və Jülyen Menantu. 

 

Bu il təşkil ediləcək festival Oktyabrın 6-dan 12-ə qədər keçiriləcək.

Tədbir dünyanın müxtəlif ölkələrindən olan kino istehsalçılarını, həvəskarlarını və prodüserlərini bir araya gətirəcək. İslam Əməkdaşlıq Təşkilatının tərəfdaşlığı ilə təşkil olunacaq tədbirdə 3.000-ə yaxın yerli və xarici qonaqları qəbul edəcək,  yaradıcı dialoqu və birgə  istehsalı təşviq edərək, iştirakçı ölkələrin kino mütəxəssisləri  arasında işgüzar əlaqələrin qurulmasına səbəb olacaqdır. Tədbirin keçirilməsindəki əsas məqsədlərdən biri Azərbaycanı  regionda mədəni mübadilə istiqamətində, xüsusən yaradıcı və kino  sahələrində beynəlxalq əməkdaşlıqların qurulduğu mərkəzə çevrilməsidir.  “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalında Şərq Ölkələrinin Film Marketi, “ATA” Türk  Dünyası Animasiya Festivalı, İslam Ölkələrinin Kino Günləri və  “Cinema Talks” panel müzakirələrinin  keçirilməsi nəzərdə tutulmuşdur.

Baş tutacaq bu festival ölkəmizin mədəni həyatında önəmli hadisə kimi bütün sənətsevərlərin  marağını cəlb edəcəkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.