Naxçıvan teatrının yorulmaz təbliğatçısı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Vəzirov bütün şüurlu ömrünü Azərbaycan mədəniyyətinin, xüsusən, teatr sahəsinin təbliğinə həsr edibdir, bu gün onun anım günüdür və mənə belə gəlir ki, ən azı mədəniyyət işçiləri qədirşüsnaslıq göstərib onu yad etməlidirlər.

 

Cəlil Vəzirov 8 noyabr 1944-cü il tarixində Naxçıvanda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Şərq qapısı" qəzetində işləyib, baş müxbir, ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub.

Cəlil Vəzirov Naxçıvan teatrı tarixinin, onun öncül nümayəndələrinin yaradıcılığının tədqiqatçısıdır. 21 kitab və broşürün, onlarca elmi-tənqidi məqalənin müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının, Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, Teatr Xadimləri İttifaqı Naxçıvan Təşkilatının sədri olub.

2004-cü ildən Azərbaycan MЕА Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və Teatr şöbəsində elmi işçi işləyirdi.

 

Əsərləri

1. İbrahim Həmzəyev, B., 1982; Güldürən-ağladan,

2. Cavid dünyası

 

Mükafatları

- Qızıl dərviş

- R. Rza adına Beynəlxalq ədəbi mükafatları laureatı

 

CəlilVəzirov 19 avqust 2008-ciildə 63 yaşındavəfatedib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.