İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın bərbad gündə olan teleserial industriyasına yeni nəfəs, yeni dad gətirdi bu şəxs. Ona görə də onu çağdaş teleserial bazarının əsas satıcısı adlandırmaq mümkündür. Çünki məhz o çəkənlər sevilir, rəğbətlə qarşılanır. Bəli, yanılmadınız, söhbət rejissor, aktyor Rövşən İsaxdan gedir.
Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb. Dövlət Gənclər Teatrında, Dövlət Pantomim Teatrında aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb.
Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub. Hazırda "Pozitiv Media"nın direktorudur.
Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir.
1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Filmoqrafiya
"Rejissor kimi"
1. Azərbaycan Xalq Cümhuriyyəti
2. 40-cı qapının qıfılı
3. Aktrisa
4. Kiçik Leytenant
5. Sonuncu fəsil
6. Vicdan haqqı
7. Yuxu kimi
8. Pərvanələrin rəqsi
9. İmtina
"Aktyor kimi"
- Yarasa
- Etimad telefonu
- Aktrisa
- Kiçik Leytenant
- Sonuncu fəsil
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)