ARKA-da ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib

 

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) ölkəmizin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə ARKA -dan AZƏRTAC-a bildirilib. Sözügedən görüşdə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Bakı Beynəlxalq Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və Salam Beynəlxalq Gənclər Film Festivalının rəhbərləri iştirak ediblər.

İştirakçılar festival fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yerli və xarici auditoriyaya daha effektiv çıxış yolları kimi mövzuları müzakirə ediblər.

ARKA nümayəndələri festivalların ölkəmizin kino sənətinin tanıdılması və inkişafındakı rolunu yüksək qiymətləndirərək, onların təşkilinə və həyata keçirilməsinə dəstək göstərəcəklərini vurğulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.