Fərda Amin digərlərindən seçilir Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş döbr yumor ustalarından hamı gileylidir. Gülüşü çığır-bağırla, vulqar ifadəylə, şit hərəkətlərlə yaradırlar. Ən azından, atrıq tarixdə qalmış korifey sənətkarlarımızdan bir şeylər öyrənmək istəmirlər. Amma nlardan biri - aktyor, şoumen Fərda Amin degərlərindən xeyli seçilir.

Onun gülüşü daha dərindir, satıra qatları daha güclüdür.

 

Fərda Amin əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürüb. Bu verilişin rejissoru da Fərda olub.

Senarisini isə Elməddin Cəfərovla birlikdə yazıblar. Ancaq bu verilişin ömrü uzun olmayıb. Fərda "Tam Sərbəst" verilişini yaradıb və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxıb. Bu veriliş də qısa müddət davam edib. Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə 2007-ci ildə "Sərbəst FM" verilişi işıq üzü görüb. Həmən il Müşfiq və Fərda "Niyə?" filminə çəkiliblər.

2014-cü ildən Fərda "Top kimi Şou" verilişinin aparıcısıdır. "İnterpapa", "Ögey ata", "Xoxan", "Naxox", "Niyə?" kimi filmlərdə rol almışdır. "Ögey ata", "İnterpapa", "Niyə?" filmlərinin ssenarisini də özü yazıb.

 

Aparıcılıq

1. "Elə-belə" (Lider TV)

2. "Vitamin C" (Lider TV)

3. "Tək Səbir" (Space TV)

4. "Tam Sərbəst" (ATV)

5. "Tam sərbəst sollo" (ATV)

6. "Sənin üçün" (ATV)

7. "Sərbəst FM" (ATV)

8. "Top kimi şou" (ATV)

 

Filmoqrafiya

- İz

- Toy

- İnterpapa

- Niyə?

- Niyə? 2

- Vərdiş

- Ögey ata

- Xoxan

- Gecə qonağı

- Oğlan evi

- Bakı, Mən Səni Sevirəm.

 

Əlbəttə, Fərda istedadlıdır və biz ondan daha sanballı işlər gözləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.