İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Hazırda bir çox tədbirləri, korporativ gecələri aparmağı məhz ona həvalə edirlər. O məşhurdur, səhnə yaraşığı var, səs tembri gözəl, diksiyası fərqlidir. Bir sözlə, tələb olunan aktrisadır. Söhbət aktrisa Kamilə Babayevadan gedir.
Ona əsl çəşhurluq isə “Zəif bənd” televiziya proqramının aparıçılığından sonra gəlib. O, bu beynəlxalq yarışma layihəsində hər dəfəsində zəif bəndin müəyyənləşməsində rol oynayırdı, amma özü heç vaxt həyatda və sənətdə zəif bənd olmadı…
Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub. Bu gün 51 yaşını qeyd edən aktrisa Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə, 2 saylı musiqi məktəbində, BDU-nun nəzdində qızlar kollecində, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb.
1993-cü ildə ANS TV-də xəbər aparıcısı,1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub.
Filmoqrafiya
- Bağ mövsümü
- Acılar bitməz
- Vəkil hanı?
- Kralların Savaşı
- Evləri göydələn yar
- Hozu Cangüdən
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)