SƏNƏTKARLARI UNUTMADIQ – Gənc Tamaşaçılar Teatrının qurucusu Yusif Dadaşov Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəzəm tarixdə qalmağa bircə fəaliyyət kifayət edir. Azərbaycan SSR əməkdar artisti Yusif Dadaşov da bu cür tarixdə qalan sənətkarlardandır. Aktyor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əsasını qoyan və həvəskar kollektivin formalaşmasında rol oynayan sənətçilərdən olub. O, teatrın təməli olan "Fırtına" tamaşasının hazırlanmasında yaxından iştirak edib və Jak rolunu oynayıb.

 

Yusif Dadaşov 1913-cü ildə Bakıda anadan olub. O, Bakıda ibtidai təhsil alıb. Təxminən 37 illlik səhnə fəaliyyətində nağıl, komediya, faciə, dram tamaşalarında rollar oynayıb.

 

İfa etdiyi əsas rollar

Tamaşa - rol

- Hacı Qəmbər - Əşrəf bəy

- Ağa Kərim xan Ərdəbili - Tın-tın İmanqulu, Əhməd

- Aydın - Surxay

- Yaşar - Belokurov

- Sağsağan - Tarıqulu

- Tamahkar - Əliqulu

- Müfəttiş - Luka Lukiç

- Zorən təbib - Leandr

- Vətən - Dursun

- El oğlu - Səməndər

- Xasay - Kamal

- Nərgiz - Nökər

- Qızıl quş - Bəbir xan

 

Yusif Dadaşov 7 avqust 1960-cı ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.