İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sumqayıt Dövlər Dram Teatrının gözəl bir ənənəsi var. Burada hər gələn yeni nəsil köhnə nəsilə sayğı ilə yanaşır, yerli korifeyləri sayğı ilə anırlar. Tetarda adı unudulmayanlar sırasında Vaqif Əliyev də vardır. Bu gün mərhum aktyorun anadan olmasının 85-ci ildönümüdür...
Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əliyev 31 iyul 1940-cı ildə Bakıda anadan olub. 199 saylı orta məktəbdə təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb.
1962-ci ildə M. Ə. Əliyev adına Teatr institutuna daxil olub.
Oradan əsgərliyə xidmətə çağırılıb, sonra təhsilini davam etdirib. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Vaqif Əliyev 33 il burada fasiləsiz aktyor kimi çalışaraq 100 — dən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 1990-cı ildə ona "Əməkdar artist" fəxri adı verilib.
2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışan Əməkdar artist N. Nərimanovun "Nadir şah"əsərində – Kəndli, C. Cabbarlının "Dönüş"ündə- Şövqi- Sapand, C. Məmmədquluzadənin "Ölülər"ində Məşədi Oruc, Ə. Nesinin "Tənha qadınlar"ında- Qazabaxan, A. Babayevin "Oğul"unda- Qəzənfər, A. Məmmədovun "Dəli Domrul"unda-Ata, N. Hikmətin "Damokl qılıncı"nda- Kar, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ndə- Seyidağa, S. Rəşidinin "Mənim Ərdəbilim"ndə- Əmir, Ə. Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ndə Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"nda- Rus Zabiti, A. Qurbaninin "Türk sancağı"nda- Ağsaqqal, H. Cavidin "İblis"ində- Xaxam rollarını məharətlə yaradıb və tamaşaçıların hüsni-rəğbətini qazanıb.
Sənətkarın gərgin əməyi 2002-ci ildə dövlət tərəfindən yüksək qiymətləndirilib və ona "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adı verilib. 13 avqust 2021-ci ildə 81 yaşında ürək xəstəliyindən vəfat edib.
Filmoqrafiya
1. Ağ atlı oğlan
2. Yük
3. Biz qayıdacağıq
4. Sovqat
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)