DİQQƏT: Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir Featured

Sentyabrın 20-21-də Cakarta şəhərində “İndoneziya və Müsəlman dünyası Film Festivalı 2025” keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri, o cümlədən Azərbaycan Respublikası festivalda nümayiş olunacaq filmlərini təqdim etməklə, iştiraka dəvət edilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, festivala 2022-2025-ci illərdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya filmləri qəbul olunur.

 

Filmlərin metrajları 10-30 (qısametrajlı) və 70-120 (tammetrajlı) dəqiqə aralığında olmalıdır.

Festivalda “Bəşəriyyət və həmrəylik”, “Müsəlmanların gündəlik həyatı”, “Müsəlman qadınlar və gənclik”, “Yerli ənənələr və müsəlmanların mədəniyyəti”, “Mənəviyyat, əxlaq və həyat səyahəti”, “Tolerantlıq və birgəyaşayış” mövzularında olan filmlərə üstünlük verilir.

Zorakılıq, pornoqrafiya, nifrət və kafirlik aşılayan filmlərin festivalda iştirakına icazə verilmir.

 

Filmlərin festivala qəbulu avqustun 2-də başa çatır. Müraciət və daha ətraflı məlumat əldə etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.