Türk kinokomediyasında unudulmaz ad - ADİLE NAŞİT Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Türk kinosu Azərbaycanda hədsiz sevilir. O cümlədən də türk komediyası. Adətən, türk kinokomediyası deyiləndə yada bir isim düşür – Şaban. Kamal Sunalın canlandırdığı bu obraz daim aktualdır, daim baxırsan və gülürsən. Amma terk komedik kino industriyasında onlarca digər vacib adlar da vardır, bu gün bia onlardan biri barədə danışmaq fikrindəyik.

 

Bu gün 1930-cu ildə İstanbulda dünyaya göz açan tanımış türk aktyoru Adilə Naşitin doğum günüdür 

Həyatı uşaqlıqdan teatrla bağlı olub bu xanım əfəndinin. Çünki atası Naşit Özcan teatr rejissoru, anası Amaliya isə teatr aktrisası idi. Bəri başdan deyim ki, Adilenin anasının erməni olması faktı da var, amma o türk qızı türkdür, erməniliyini əsla büruzə verməyib həyatı boyu. Türk qadını, türk anası obrazlarını yaradaraq milyonlara sevdirməyi bacarıb. Biz də məhz bu prizmadan yanaşaraq söhbətimizə davam edək.

1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir.

Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.

 

Filmoqrafiya 

 

1. Aile pansiyonu 

2. Milyarder

3. Quzucuqlarım 

4. Yaygara 

5. Hayroş 

6. Kiralıq ev 

7. Doktor

8. Ağa Bacı

9. Televiziya uşağı 

10. Sevgili Halam

11. Kibar Feyzo

12. Deliler Koğuşu

13. Canım qardaşım

 

11 dekabr 1987-ci ildə Adilə Naşit doğulduğu İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir. Karacaahmet qəbirstanlığında oğlu və həyat yoldaşının yanında dəfn edilmişdir.

Adilə Naşit canlandırdığı ana obrazlarına görə 1985-ci ildə ilin anası mükafatına layiq görülmüşdür.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.