İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqvimi vərəqləyəndə 14 iyun tarixində Azərbaycan SSR əməkdar artisti Osman Hacıbəyovun anım günü olduğundan xəbər tutdum. Mədəniyyət beşiyi Şuşada anadan olması məni təhrik etdi ki, biblioqrafik məlumatını oxucularımla paylaşım.
18 fevral 1924-cü ildə - düz 101 il əvəvl ziyalı ailəsində anadan olub o. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib.
1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib.
Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psixoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizm və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib.
İndi isə ifa etdiyi əsas rollardan bir neçəsinə nəzər yetirək
- El oğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq)
- Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov)
- Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer)
- Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə)
- Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev)
- Yaşar ("Yaşar", Cəfər Cabbarlı)
- Elşən ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib)
Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.06.2025)