İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün dünyaya gələn teatr və kino xadimləri arasından sizlər üçün iki ad seçdim ki, barələrində məlumat verim: Mövsüm Hüseynov və Ədalət Məmmədov.
MÖVSÜM HÜSEYNOV
Azərbaycan Respublikasının əməkdar artisti Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən ta ki 2025-ci ilədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib.
Filmoqrafiya
- Hücum
- Qəzəlxan
- Yük
- Beşmərtəbəli evin altıncı mərtəbəsi
- Otel otağı
- Yanmış körpülər
- Şans
- Bomba
- Heydər Əliyev
- Vəkil hanı?
- Fədakar
16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
20 yanvar 2025-ci ildə vəfat edib.
ƏDALƏT MƏMMƏDOV
Azərbaycan teatr və film sənətçisi Ədalət Məmmədov 13 iyun 1949-cu ildə Zərdab şəhərində anadan olub. 23 iyun 1971-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.
6 sentyabr 1971-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Ədalət Məmmədov dublyaj sahəsində öz səs tembri ilə seçilən uğurlu aktyorlarımızdandır. İstər əcnəbi filmlərin dublyajında, istərsə də milli filmlərin səsləndirilməsində yaxından iştirak edir.
Teatr səhnəsindəki rolları
- Artur — ("Ovod", Eteri Voyniç)
- Rüstəm -Zal — ("Söhrab və Rüstəm", İskəndər Coşğun)
- Atlant — ("Zəncirlənmiş Prometey", Cahangir Məmmədov)
- Bəxtiyar — ("Komsomol poeması", İskəndər Coşğun)
- Rüstəm — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli)
- Mahmud — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov)
Səsləndirdiyi filmlər
- Üzeyir ömrü
- Aşkarsızlıq şəraitində...
- Özgə ömür
- Dərvişin qeydləri
Kinoda rolları
- Muğam
- Cavid ömrü
- Ağabacı Rzayeva. Notlarda yaşanan ömür...
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)