Kinomuzun sonuncu mgikanlarından biri – OQTAY MİRQASIMOV Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu son dəfə Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xəyal Rzanın “Mina” filminin premyerası zamanı görmüşəm. İllər yaş üstə yaş gətirsə də o, elə əvvəlki kimi gümrahdır, həvəslidir, kinomuzun uğurları uğrunda yenə tər tökür. Sadəcə, meydan istəyir. Meydan olsun, nəticə özünü çox gözlətməz.

 

Mən Azərbaycan Respublikasının xalq artisti Oqtay Mirqasımov barədə danışıram. O, 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

 

Filmoqrafiya 

 

1. Tatarıstanda Azərbaycan günləri 

2. Vətəndaş, həkim, alim 

3. Yeddi qoyun nağılı

4. Yenidənqurmanın işığında... 

5. Nəzarətin reydi "Mozalan"ın qeydi 

6. Ovsunçu

7. Öpürəm 

8. Rəşid Behbudov 

9. Silinməyən izlər... 

10. Şeytan göz qabağında 

11. Şəhidlik zirvəsi 

12. Qara Qarayev-60 

13. Qaşqayın son proqnozu 

14. Qisas almadan ölmə. Keçmişdən məktublar 

15. Qobustan 

16. Qorunmağa möhtac qoruq

 

Mükafatları 

 

1. "İstiqlal" ordeni 

2. "Şərəf" ordeni 

3. "Cəfər Cabbarlı" mükafatı

 

Ustad sənətkar ömrünün 82-ci baharına qədəm qoydu. Ona sağlamlıq arzulayırıq, qoy şərəfli ömrü bundan sonra da uzansın, kinomuzun inkişafına sərf edilsin.

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.