Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib

 

Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının studiyasında (Artstudiya) Cəfər Cabbarlının birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib.

Teatrın yaydığı məlumata görə, səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.