İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan kinosunun ən adlı-sanlı nümayəndələrindən biri və birincisidir Ramiz Fətəliyev. Onunla kinomuzun böyük bir dövrü, bir epoxası bağlıdır. Bu gün dahi kino xadiminin doğum günüdür.
Bəli, bu gün Azərbaycan kinossenaristi, Azərbaycan Respublikası Xalq Artisti Ramiz Fətəliyevin doğum günüdür.
Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.
Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub.
Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T. Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V. Qonçarova, Ə. Əbluçla birgə), "Birisi gün, gecəyarısı" (M. Avdiyev, A. Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E. Quliyevlə birgə) bədii filmləri çəkilmişdir.
SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.
Filmoqrafiya
Quruluşçu rejissor
- Bir anın həqiqəti
- Məhəllə
- Qraf Krestovski
- Hökmdarın taleyi
Ssenari müəllifi
1. Azərbaycanın faunası
2. Azərbaycanın florası
3. Azərbaycan SSR
4. Ömrün ilk saatı
5. Dənizə çıxmaq qorxuludur
6. Diplomlu mütəxəssis
Redaktor
- Şeytan göz qabağında
- Lətifə
- Qətl günü
Dialoqların müəllifi
- Yarımçıq xatirələr
Yaradıcılıq birliyinin rəhbəri
- Tam məxfi
Məsləhətçi
- Ci-Mi
- Qocalar
Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatıdır.
6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" "Şöhrət" ordeni” və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" "Xalq artisti" fəxri adı ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.
Biz də bu gözəl insanı, bu dahi şəxsi təbrik edirik, inşallah, 80 illiyinə doğru irəliləyək!
“Ədəbiyyat və incəsənət”
(07.06.2025)