Kadr arxasında qalanlardan – qrimçi Vahidov

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Filmə baxdıq. Rejissor, ssenari müəllifi, operator, aktyorlar, prodüsser – hər bir kəsin adına diqqət edirik. Amma heç fərqində olmuruq ki, bu filmin qrim ustası kimdir. Bu cəhətdən, kino krimçiləri ən bəxtsiz sənət fədailəridir məncə.

 

Ömrünün 74-cü baharına qədəm qoyan Elbrus Vahidovun bu gün doğum günüdür. O, 5 iyun 1951-ci ildə Ağdaş rayonunda dünyaya göz açıb. Gənc yaşlarından "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Qrim üzrə rəssam kimi ilk müstəqil işi "Tütək səsi" filmi olub. 40-a qədər filmdə qrim üzrə rəssam olub. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və əməkdar incəsənət xadimidir.

 

Filmoqrafiya 

 

1. Yeddi oğul istərəm... 

2. Mücrü 

3. 1001-ci qastrol

4. Tütək səsi 

5. Firəngiz 

6. Xoşbəxtlik qayğıları

7. Ad günü - qrim rəssamı

8. Vulkana doğru 

9. Dantenin yubileyi

10. İstintaq 

11. Bizi bağışlayın

12. Onun bəlalı sevgisi 

13. Bağlı qapı 

14. Üzeyir ömrü 

15. Park 

16. Tənha narın nağılı 

17. Bəyin oğurlanması 

18. Qanlı zəmi 

19. Şəhərli biçinçilər 

20. Aşkarsızlıq şəraitində... 

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.