Eyni zamanda həm çoban, həm aşıq, həm ilxıçı və həm də Şah Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti Rəhim Rəhimov - Bu gün onun da doğum günüdür.

 

Rəhim Rəhimov 24 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru fakultəsinə qəbul olub. 2001-ci ildə həmin universitetin teatrşünas ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir. Hazırda yüksək dərəcəli artistdir.

 

 Teatrın səhnəsində Rəhman Əlizadənin "Eramızdan milyon il əvvəl" tamaşasında – Şair, "Ələkbər əmi gülüş planetində" tamaşasında – Ulaq Qoşaşıllaq və Məstan Pusar, Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar" tamaşasında – Şahbaz bəy, Ələkbər Hüseynovun "Səadət quşu" tamaşasında – Hamamçı, Mişşi Yuxmanın "Həsir oğlan" tamaşasında – İt, Eyvind Şayyenin "Od oğlan" tamaşasında – Div, Mirmehdi Seyidzadənin "Cırtdan" tamaşasında – Dəmirbaş, İfrit və Div rollarını ifa edib.

 

Əli Səmədlinin "Cik-cik xanım" tamaşasında – Çoban, Aşıq, İlxıçı və Şah, Nicat Kazımovun "Ələddin" tamaşasında – Məğrib, Özel Arabulun "Dəniz dibində zəng səsi" tamaşasında – Kral və Dənizatı, Aygün Bunyatzadənin "Kral" mono tamaşasında, rus bölməsi üçün Tofiq Ağayevin "Qoçaq Əhməd" – Əhməd, Ələkbər Hüseynovun "Səadət quşu" tamaşasında – Şah və Dərviş, Vilhelm Qaufun "Yalançı Şahzadə" tamaşasında – Labakan, Cani Rodarinin "Çipollino" tamaşasında – Badımcan, Kök, Həkim, Qoca soğan, Kamran Şahmərdanın "Ağ və Qara" tamaşasında – Oğlan, Karlo Qotsinin "Şahzadə Turandot" tamaşasında – Barak, şah Altoum rollarını ifa edib.

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.