XARİCİ FİLMLƏR - "Kral şir" Featured

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

1994-cü ildə çəkilən və rejissorluğunu Roccers Allers və Rob Minkoffun etdiyi "Kral şir" və ya "Simba" filmi barədə danışmaq istəyirəm.

 

Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır. Vicdan əzabı çəkən Simba uzaq yollara düşür. Meşədə yoldaş olduğu Timon və Pumba sayəsində "Hakuna Matata" (suahili dilində: Qayğısız yaşamaq) fəlsəfəsini öyrənir və dərdsiz, qayğısız bir həyat tərzi olan bu fəlsəfəni qəbul edir.

Artıq bir neçə müddət keçmiş, Simba böyümüşdür. Əvvəllər kral Mufasanın məsləhətçisi olan Rafiki onun böyüməsini hiss etməyə başlayır. Cunqlidə Pumbanı ovlamaq istəyən köhnə yoldaşı Nala ilə qarşılaşması sayəsində məsuliyyətlərini xatırlayır və həyat zəncirindəki yerini almaq üçün dərhal bir qərar verməsi lazım olduğunu başa düşür. Nala Simbaya Şərəf səhrasında (ing. Pride Lands) çoxlu bədbəxt hadisələrin baş verdiyini və taxtın Skar tərəfindən ələ keçirməyindən danışır.

Simba özünü atasının ölümündə günahkarlıq olduğunu zənn edir. Lakin Rafiki onu atasının ruhu ilə bağlatdırır. Bu zaman Simba başa düşür ki, atasını əmisi Skar öldürmüşdür. Bu səbəbdən dostları ilə birlikdə Skarın padşahlığı üzərinə hücum edir. Onlar arasında gedən uzunmüddətli mübarizədən sonra Simba Skara qalib gəlir. Skar qayadan aşağı düşən zaman ona Kaftarlar hücum edir. Bütün pis hadisələr sona yetmişdir. Artıq taxtda Simba krallıq edir. Simba ilə Nalanın bir qız övladları dünyaya gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.