Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Ege Universitetinin ev sahibliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Kino Baş İdarəsi və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının birgə əməkdaşlığı ilə təşkil edilən II Beynəlxalq Turan Film Festivalı 3-6 may 2025-ci il tarixlərində İzmirdə keçirildi. “Qırmızı Ləkə” mövzusu ilə təşkil olunan festival Türk dünyasının kino sahəsində zənginliyini və mədəni əlaqələrini bir daha ortaya qoydu. Bizim filmimiz də uğur qazananlar sırasında oldu.
Ölkə mediasında tədbir demək olar ki, işıqlandırılmadığından, biz bir qədər geniş danışacağıq festival barədə.
NECDƏT BUDAK
Mükatlandırma mərasiminin açılış nitqini Ege Universitetinin rektoru Necdət Budak etdi. Rektor Budak çıxışında TÜRKSOY-a və Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinə minnətdarlığını bildirdi. Budak: "Bədii fəaliyyətlər yaratmaq, sənətin inkişafına töhfə vermək, sənəti və sənətçiləri sənətsevərlərlə bir araya gətirmək tam akkreditasiyadan keçmiş tələbə mərkəzli araşdırma universitetimizin ictimai vəzifələrindəndir. Bu şüurla, türk dünyasının ortaq dəyərlərini, mədəni əlaqələrini vurğulamaq və bu əlaqələri gücləndirmək məqsədi ilə yola çıxdığımız bu mühüm tədbirin ikincisini təşkil edirik. Türk dövlətlərinin və toplumlarının mədəni müxtəlifliyi və zənginliyi, hələ keçən il ideya mərhələsindəykən, bizim festivalımızı xahiş etdiyimiz bütün dairələr tərəfindən həyəcanla qarşılandı”- dedi.
Qeyd elədi ki, festivalda sıx iştirak oldu. 80 Ölkədən 1675 Film müraciəti var idi.
Universitetin ev sahibliyi etdiyi festival çərçivəsində beynəlxalq film müsabiqəsi, 3 söhbət, 2 foto sərgisi, 7 seçim seçimi, rəsm sərgisi, konsert və rəqs şousu keçirildi. Bütün müraciətlər nüfuzlu münsiflər heyətinin üzvlərindən ibarət seçilmiş komissiyalar tərəfindən araşdırıldı və qaliblər müəyyən edildi.
Qalib filmlərlə yanaşı, “Həyat Boyu Müvəffəqiyyət Mükafatı”, “Kino Sənətinə Töhfə Mükafatı”, “İnsan Dəyərlərinə Töhfə Mükafatı” kimi 13 kateqoriyada xüsusi mükafatlar da verildi.
SULTAN RAEV
“Kino ümumi mədəni irsimizin gələcək nəsillərə daşınması üçün ən mühüm vasitədir” - TÜRKSOY-un baş katibi Sultan Raev festivalın açılışındakı çıxışında bunu qeyd etdi, ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsində kinonun əhəmiyyətini vurğuladı. Raev, "Bu hadisə təkcə türk kinosunun müxtəlifliyini əks etdirmədi, həm də birliyimizi və qardaşlığımızı bütün dünyaya bir daha nümayiş etdirmək imkanı verdi. Festivalın reallaşmasında əməyi olan qurumlara təşəkkür edir, yarışan bütün sənətçiləri təbrik edirəm" dedi.
BİROL GÜVEN
“Bu cağda kino sahəsində güclü deyilsənsə, güclü dövlət deyilsən” – bu maraqlı aşıqlama isə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kino baş direktoru Birol Güvenindir. O, rəqəmsal əsrdə kinonun strateji əhəmiyyətinə diqqət çəkərək, "İllərdir dünya kinosunu tək güclər layihələndirdiyini düşünürdük. Bu böyük problemdir. Bura öz dəyərimizi qoymasaq (millilik, türklülük nəzərdə tutulur -red.) filmlərimizi Hollivudla eyniləşdirmiş olarıq" dedi. Və sonda belə bir şüar irəli sürdü: İki variant var: ya prodüser olacağıq, ya da nağıl dinləyicisi olacağıq.
MÜKAFATÇILAR
Çıxışlardan sonra beynəlxalq sənədli film kateqoriyasında birinci mükafata layiq görülmüş Azərbaycanın “Yarım Polad” filminin nümayişi ilə mükafatların təqdimat mərasimləri başladı. Mükafat rejissor Cavid Səmədova və filmin qəhrəmanı - Qazi Polad Rzayevə təqdim olundu.
Sonra mötəbər mükafatları təqdim etmək vaxtı gəldi. Kino Sənətinə töhfə mükafatı dünyaca ünlü Türkiyə rejissoru Semih Kaplanoğluna verildi;
Mədəni Müxtəlifliyə Töhfə Mükafatı Türkməneli Televiziyasının baş direktoru Mehmet Hanefi Uzunçam və Türkməneli Televiziya Meneceri Atalay Muratlıya verildi;
Gənc İstedad Mükafatı azərbaycanlı sənətçi İnci və Kövsər Qurban bacılarına verildi;
“Ege Universitetinin 70 ili” Xüsusi Mükafatı Azərbaycan Respublikası Səfirliyinin müşaviri Dr. Nəcibə Nəsibovaya; Direktor Yenil Jusupcana TÜRKSOY-un Xüsusi Mükafatı; Direktor Can Ülkay'a Sosial Şüurluluq Mükafatı; Media Xüsusi Mükafatı Anadolu Agentliyi adından İzmir Region Müdiri Ahmet Caner Baysal və TRT adından Region Müdiri Mövlud Şahbaza; Turan Coğrafiya Uşaqların Gözü ilə Xüsusi Mükafatı Rəfadan Tayfanın prodüseri İsmail Fidana; İnsan Dəyərlərinə Töhfə Mükafatı TRT Sənədli Su Döyüşləri Proqramının aparıcısı Çağlar Demirkapıya; Mədəni İrs Mükafatı Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoya verildi.
II. Turan Film Festivalı çərçivəsində; Türkiyə Birinci Mükafatını “Posta 1974” filmi ilə rejissor Gökalp Yamen, Türkiyənin Ən Yaxşı Sənədli Film Mükafatını “Balletler Köyü” filmi ilə Fatih Diren, Azərbaycan seçimini birincilik mükafatını “Boyut Mektub Var” filmi ilə Mezahir Haşımov, Azərbaycan Münsiflər Heyətinin Xüsusi Mükafatını “Qazaxıstan” filmi ilə Erturan Necaji aldı
“NƏFƏS”
Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifi olduğu “Nəfəs” (Breath) qısametrajlı filmi isə festivalın “Xüsusi Jüri Mükafatı”na layiq görüldü.
14-cü Bakı Beynəlxalq Qısa Film Festivalında yerli müsabiqənin “Ən yaxşı rejissor” nominasiyasının qalibi olmuşdu. Bu günlərdə “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına da daxil edilmişdi.
Haaqa Beynəlxalq Film Festivalının direktoru Avniş Rajvanşinin adından Elmar Bayramova ünvanlanan məktubda bildirilirdi ki, azərbaycanlı rejissorun ekran əsəri 80 ölkədən 600 film arasından seçilib.
Qeyd edək ki, bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Nəfəs” filminin ABŞ-ın Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.
“Nəfəs” qısametrajlı filmi Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub. Qeyd edim ki, “Nəfəs” filminin əsas mövzusu Birinci Qarabağ müharibəsi zamanı əsir düşən və o ağır vəziyyəti yaşayan və buna məruz buraxılan Azərbaycan vətəndaşlarına həsr olunub.
Tamaşaçılar ekran əsərini “30 dəqiqəyə sığan 33 il” kimi dəyərləndirirlər.
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)