Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi “Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinə ssenarilərin qəbulu dayandırılıb.
İttifaqdan AzərTAC-a bildirilib ki, müsabiqəyə 96 adda ssenari daxil olub.
Qaliblərin adı 2 Avqust - Milli Kino Günündə açıqlanacaq və onlar diplom və pul mükafatı ilə təltif ediləcəklər.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)