Müşfiq Xanın ad günündə “Mücrü” nəşriyyatı kitabları yarı qiymətə satacaq

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün - 19 iyul tarixində “Mücrü” nəşriyyatı yeni bir aksiyaya başlayır. Nəşriyyatın sahibi Müşfiq Xanın 19 iyul doğum günü olması səbəbindən 3 gün müddətində -  19, 22, 23 iyul tarixlərində "Mücrü" nəşriyyatından oxucular istədikləri  kitabı yarı qiymətinə ala biləcəklər. 

 

Nəşriyyat oxuculardan şənbə-bazar günlərinin qeyri-iş günləri olduğunu, iş saatlarının isə 10:00-18:00 olduğunu nəzərə almağın xahiş edir. 

Nəşriyyatın əlaqə nömrələrini xatırladırıq: 0555028932, 0125951040

Ünvan: Zərgərpalan 117/15 (Nizami m/s, Nizami Mall-un yanı)

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)