Vaqif Sultanlının tərcüməsində Sergey Jitomirskinin “Sirakuzlu adam” tarixi romanı nəşr edilib Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda

yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub. Qədim yunan mütəfəkkiri Arximedin

həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlı

çevririb.

 

Qeyd edək ki,  Vaqif Sultanlıdan aldığı məlumata görə, “Srakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayın evinin illər sonar romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.

Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey

Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977),  “Monqolustan və Tibet

tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992),  “Qədim

astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir

hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını

çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə

çevrilmişdir.

Sergey Jitomirskinin ilk dəfə 1982-ci ilə yayınlanan “Sirakuzlu alim” tarixi

romanı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Arximedin həyat yoluna

işıq tutan əsər sadə, çəkici bir dillə yazılmış, alimin riyasiyyat və fizika sahəsində

qazandığı elmi uğurlar bədii səpkidə canlandırılmışdır. Romanın mühüm

özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat

yolunun deyil, bütövlükdə antik dönəmin əfsanə örtüyünə bürünmüş tarixi

mənzərəsinin yaradılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)