Tovuzda kitab təqdimatı

İyulun 8-də Tovuz rayonunda, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində-  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazax-Tovuz Regional Mədəniyyət idarəsi və Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin birgə təşkilatçılığı ilə AJB-nin üzvü, şair, publisist Brilyant Atəşin ''Nənəmin kəlağayısı'' kitabının təqdimatı keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İB-dən verilən məlumata görə, kitab Mirvarid Dilbazi Poeziya Məclisinin mənəvi dəstəyi ilə işıq üzü görüb. Kitabın redaktoru Güllü Eldar Tomarlı, məsləhətçi Barat Vüsal, rəyçilər- Xatirə Dilbazi, Vüsal Sehranoğludu.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı açdı , vətənimizin azadlığı, suverinliyi, bütövlü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.

Söz AYB-nin Qazax filialının sədri, ictimai xadim, şair, publisist Barat Vüsala verildi. O, şairin şeirlərinin milli, mənəvi dəyərlərə söykəndiyindən, vətənpərvərlik ruhunda yazmağından danışdı və şeirlərdən nümunələr səsləndirdi. 

Tədbirdə şairlərdən- Nazim Əhmədli, Bilal Qoca, Tamam Yaralı, Telman Akınçı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin  bələdçisi Pakizə Abbasova,  Novruz Mizani, aşıq Novruz Kamiloğlu və müəllifin ailə üzvləri çıxış etdilər.

Sonda xatirə şəkili çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)