Beynəlxalq İqtisadi Forumda Qarabağda yaradılan investisiya mühitindən danışılacaq

Bu il sentyabrın 5-7-də Polşanın Karpaç şəhərində bu ölkənin Şərqi Araşdırmalar İnstitutu tərəfindən Beynəlxalq İqtisadi Forum keçiriləcək.

 

Bu barədə İqtisadi Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mahir Hümbətov ötən ilin yekunları və qarşıdakı hədəflərə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, forumda İqtisadi Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak edəcək. Forumda ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işləri və yaradılan investisiya mühitindən bəhs olunacaq.

 

Şəkildə: Karpaç şəhəri

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)