İsraildə Xocalı memorial açılib, 613 şəhidə görə 613 ağac əkilib

 

Mirsamir Məmmədov yazır

 

 

İsrailin və Yəhudi lobbisinin tarix boyu Azərbaycana böyük dəstəyi olmuşdur. Hər zaman hər yerdə İsrailin və yəhudi xalqının dəstəyini və yardımını gördük. İsrail və Azərbaycan dostluğuna dair xüsusi detalları ardıcıl qeyd edirik. 

 

1. 1992-ci ildə Azərbaycanın müstəqilliyi BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılarkən‚ BMT Təhlükəsizlik Şurasının sədri İsrail idi və Azərbaycanın müstəqilliyi məhz İsrailin təşəbbüskarlığı və can-fəşanlığı ilə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılaraq qəbul edildi. 

 

2.  BMT Təhlükəsizlik Şurasında ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən  4 hüquqi qətnamənin qəbul edilməsində İsrailin misilsiz rolu vardır. Həmin vaxt Təhlükəsizlik Şurasının sədri məhz İsrail idi və Yəhudi lobbisinin də misilsiz dəstəyi ilə həmin qətnamələri qəbul edən İsrail olub. Qətnamələrdə ermənistan işğalçı adlandırılır və işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb edilir. Ölkəmiz bu gün o qətnamələrə əsaslanaraq işğalçı ölkəyə qarşı hücuma keçdi və öz qanuni torpaqlarımızı BMT Təhlükəsizlik Şurasının məcburi xarakter daşıyan həmin 4 qətnaməsinə əsasən işğaldan azad etdi. Azərbaycan əsgəri həmin 4 qətnaməni alnıaçıq‚ üzüağ şəkildə qəhrəmancasına icra etdi. 

 

3. Dünyanın ən güclü Lobbisi olan Yəhudi Lobbisi ABŞ-daki Azərbaycanları, emənilərin və məkrli erməni lobbisinin fitnəkar siyasətinə qarışı müdafiə edib.

 

4. ABŞ-ın 21 Ştatının "Xocalı Soyqırımını" tanımasında İsrailin çox böyük rolu olmuşdur.

 

5. 1918-dəki soyqırımda 3000-dən artıq yəhudi, ermənilər tərəfindən öldürülmüşdür. Səbəb isə yəhudilərin ermənilər tərəfə keçməməsi olmuşdur.

 

6. 2016-cı ildəki Aprel döyüşlərində və xüsusən 44 günlük müharibədə İsrailin və yəhudilərin Azərbaycana misilsiz dəstəyi olmuşdur.

 

7. 2016-cı ildə İsraildə "Xocalı qurbanlarına" həsr olunmuş memorial açılmış və 613 şəhidə görə 613 ağac əkilmişdir.

 

8. İsrail hökuməti dəfələrlə bəyan etmişdir ki‚ "Biz Türkiyəyə qarşı olan qondarma erməni soyqırımını Azərbaycana görə tanımırıq və tanımayacayıq"

 

9. İsrail Parlamenti Qondarma "Dağlıq Qarabağ Respublikası"sözünün işlədilməsini belə qadağan etmişdir.

 

10. Azərbaycanda olan Quba "Qırmızı Qəsəbə" və Oğuzdakı "Yəhudilər Məhəlləsi" Yəhudilərin  İsraildən sora dünyada yaşadıqı  2 ci kompakt yaşayış məntəqəsidir. 

 

11. Hələ 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən yəhudilərin də dəstəyi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 naziri məhz yəhudi əsilli olmuşdur. Bundan əlavə həmin dövrdə ermənilərin 1915-ci il hadisələrinə dair yalanlarına qarşı Avropada‚ Qərbdə və Amerikada Yəhudi lobbisi Azərbaycanlılara dsətək vermişdir. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq Yəhudi Lobbisi ilə çox sıx və yaxın dostluq əlaqəsi olub. Bu gün isə bu dostluq və qardaşlıq daha da inkişaf etdirilməkdədir. 

 

Bir sözlə‚ İsraillə Azərbaycan hələ qədim tarixi köklərə və genetik qan qohumluğuna əsaslanan qardaş ölkədir və yəhudilərlə‚ Azərbaycanlıların və türk xalqlarının genetik qan qohumluğu vardır. Bütün tarix‚ ötən əsrlər və yüzilliklər bu genetik qardaşlığı sübut edir. Bu gün də Azərbaycanla İsrail həqiqi mənada qardaş ölkələrdir və İsraillə Azərbaycanın qardaşlığı bütün dünyaya nümunə olacaq şəkildədir. Azərbaycan xalqı da hər zaman İsrailə və qardaş yəhudi xalqına dəstəkdir. İsrail və yəhudilər Azərbaycan dövlətinin və Azərbaycan xalqının can dostudur. Bütün Azərbaycan xalqının İsrailə və yəhudi xalqına xüsusi sevgisi və simpatiyası vardır. Azərbaycan və İsrail xalqının dostluğu və qardaşlığı daimi və əbədi olsun!! AMİN. 

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)