Türksoy. Fəaliyyət xronikası

“Ədəbiyyat və incəsənət” portalı Türk dövlətləri mədəniyyətinin təbliğinin vahid mərkəzi olan TÜRKSOY-un fəaliyyət xronikasını təqdim etməkdə davam edir. Rubrikanı Habil Yaşar aparır. Növbəti diqqətçəkən tədbir fevral ayının 23-də olub...

 

TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Yazıçılar Birliyində

 

TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycana səfəri çərçivəsində Azərbaycan Yazıçılar Birliyində (AYB) olub.  “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-də keçirilən görüşdə AYB sədri Anar Rzayev və birlik üzvləri ilə bir araya gələn Sultan Rayev 6 mart 2023-cü il tarixində Türkiyədə keçirilməsi planlaşdırılan türk yazıçılarının toplantısı tədbiri ilə bağlı fikirləri dəyərləndirib.

Türk dünyasının önəmli ədəbi simalarını bir araya gətirəcək və türk coğrafiyasında ədəbiyyat sahəsində yaxınlaşmanı sürətləndirəcək tədbirdə Azərbaycan Yazıçılar Birliyini təmsil edən Beynəlxalq Əlaqələr katibi Səlim Babullaoğlu iştirak edəcək.

Görüşdə, həmçinin TÜRKSOY-un yaranmasının 30 illiyinə həsr olunmuş beynəlxalq səviyyədə keçirilən “TÜRKSOY Marşı” Şeir Müsabiqəsi ilə bağlı Azərbaycanda edilən müraciətlər və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)