Euronews İstanbulda, Aya Sofiyada qılınan Ramazan namazını həftənin əsas hadisələrindən hesab edib Featured

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Euronews İstanbulda, Aya Sofiya məscidində aprelin 2-də qılınan Ramazan namazını həftənin əsas hadisələrindən hesab edib. 

 

Bizans imperatoru I Yustinianın tikdirdiyi, Konstantinopolun Osmanlı İmperiyası tərəfindən fəthindən sonra məscidə çevrilən bu tikili xəlifətin ləğvindən sonra uzun illər muzey kimi fəaliyyət göstərmişdi. Yalnız 2020-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Aya Sofiyanı Böyük məscid elan etdi. Və xatırladaq ki, o, buna görə xristian dünyasının ciddi təpkiləri ilə üzləşdi. 

Ramazan namazı burada 88 illik fasilədən sonra bu il yenidən qılınıb. Bu xəbəri Türkiyə müsəlmanları coşğu ilə qarşılayaraq həmin gün izdihamla Aya Sofiya məscidinə axışıblar.