Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş bilik yarışması keçiriləcək

Aprelin 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Nizami rayonu, Y.Kovalyov adına 229 nömrəli tam orta məktəblə birgə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş “Tək inci” adlı bilik yarışması keçiriləcək.

 

Bu tədbirin keçirilməsində məqsəd gənc nəsilə Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarının həyat və yaradıcılığının tanıdılmasıdır.