Bu gün Azərbaycanda Fransa mədəniyyəti günlərinə start veriləcək

 

“Hər şeyin ən yaxşısı qədərincə təbliğ olunmalıdır”.

 

Aprelin 1-dən 22-dək Azərbaycanda "Frankofoniya 2022" Günləri keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Frankofoniya Günləri çərçivəsində kino, natiqlik müsabiqəsi, sərgi, konfranslar, məktəblərdə görüşlər (teatr, mahnı, rəqs və s.) və digər tədbirlər təşkil olunacaq.

Cümə günü, 8 aprel saat 19.00-da Art Tower Gallery-də nümayiş olunacaq «Rouge» filminin nümayişini isə tədbirlərin şahi adlandıra bilərik. 

Hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.

Bu il Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.

Fransa mədəniyyətinin ən yaxşı cəhətlərinin digər ölkələrə aşılanması ilə yanaşı bu tədbir həm də əcnəbi insanlarda bir Fransa sevgisi yaratmağa hesablanıb. 

 

Şəkildə: “Rouge” filminin afişası