Vogue dünyanın 17 möcüzəli muzeyini təqdim edir: Bilbao Guggenheim Muzeyi, Paris Orse Muzeyi, Moskva Dövlət Tarix Muzeyi Featured

“Ədəbiyyat və incəsənət” portalı nüfuzlu Vogue gözəllik dərgisinin təqdimatında sizlərə dünyanın ən möcüzəli muzeylərini nümayiş etdirir. 

Sırada ön yerlərdə Parisdə yetləşən Luvr, Nyu-Yorkda yerləşən Metropoliten, Vatikan Muzeyləri, Abu Dabi Luvru və Sankt-Peterburqun Ermitajı idi. İndi sizə növbəti muzeyləri təqdim edirik. 

 

 

Guggenheim, Bilbao Müasir İncəsənət Muzeyi 

Müasir memarlıq incisi — Bilbao Guggenheim Muzeyi 1997-ci ildə açılıb. Bina Frank Geri tərəfindən ərsəyə gəlmişdir. Memar şəhərin mərkəzində muzey tikməkdən imtina edib, şəhərətrafı əraziyə üstünlük verib. Zallarda müasir incəsənətin əsl qaymağı toplanmışdır: Riçard Serra və Cenni Holzerdən Jan-Mişel Baskiya və Endi Vorhola qədər. Həmçinin burada Say Tvombley, İv Klein, Ceff Kuns və Luiz Burjuanın işlərinə baxmağa dəyər.

 

 

 

Orse Muzeyi, Paris

Keçmiş köhnə Paris vağzalı indi impressionizm, realizm və pointilizm  cərəyanlı rəngkarlıq üçün bir məbədə çevrilib. 1900-cü ildə tikilmiş binanı 1973-cü ildə söküb, yerində dəbdəbəli otel tikmək istəyirdilər. Amma sonra fikirlərini dəyişib burada muzey yaratdılar. 

Bu gün burada Qərb İncəsənəti XIX əsrin ikinci yarısından XX əsrin sonuna qədər sərgilənir. Qısa  dövrdür, amma şedevrlərlə zəngin dövrdür. İmpressionizm pərəstişkarları Orseyə uzun bir müddətlərini sərf edə bilərlər. Biz sizə Ogüst Renuar, Güstav Kurbe, Eduard Mane, Pol Sezan və Vinsent Van Qoqun əsərlərinə mütləq baxmağı tövsiyə edirik.

 

 

 

Dövlət Tarix Muzeyi, Moskva

1872-ci ildə yaradılmış, Qızıl meydan və Manej meydanları arasında yerləşən Moskva Dövlət Tarix Muzeyi müasir Rusiyanın ərazisində məskunlaşmış qədim tayfaların qənimətlərindən tutmuş Romanovlar sülaləsinin üzvlərinin əldə etdiyi sənət şedevrlərinə qədər incəsənət əsərlərinin böyük kolleksiyasına malikdir. Xüsusilə Xludun “Zəbur”unun, Svyatoslavın antologiyasının yerləşdiyi muzey kitabxanasını qeyd etmək lazımdır. Jan Blaunun qlobusunu, Vasnetsovun və Semiradskinin rəsmlərini də nəzərdən keçirməyi məsləhət görürük. 

 

Digər muzeylər barədə növbəti buraxılışlarımızda.