“Şərait metodu” nədir? - AKTUAL Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

                       

Son illərdə ənənəvi liderlik konsepsiyalarının uğursuzluğuna rəğmən alimlər liderliyin təhqiqinə yeni yanaşma metodları təklif etməkdədirlər.

Bu metodlardan da biri «şərait metodu»dur ki, onun da məğzi liderlik davranışının hər şəraitdə müxtəlif olmasıdır.  Gəlin razılaşaq ki, lider olmaqçün sivilizasiyanın mərkəzi Amerikada, yaxud intellektuallığın mərkəzi Yaponiyada lazım olan liderlik keyfiyyətləri və şəraitlə, tutalım, hələ də yarımvəhşi insanlar yaşayan Qvineya-Bisauda lazım olan liderlik keyfiyyətləri və şəraitlər heç də eyni ola bilməz. Eləcə də, postsovet məkanında, lap elə bizim Azərbaycanda. Milli adət-ənənələr, mental xüsusiyyətlər, dövlət quruluşu, iqtisadi-siyasi vəziyyət, cəmiyyətin strukturu, xarakteri və daha nələr, daha nələr günümüzdə şərait metodunu xeyli aktuallaşdırıb.

Kitabımızda biz mütləq bir neçə ən çox qəbul olunan şərait liderliyi konsepsiyasından bəhs etməliyik, onlardan oxucularım üçün mən Fidlerin şərait liderliyi modelini, Tannenbaum – Şmidt liderlik davranışı kontiniumunu, Hensey və Blanşardın şərait liderliyi modelini və Hauz və Mitçelin «Yol-məqsəd» liderlik modelini seçmişəm.

Növbəti günlərdə bu modellərlə ötəri də olsa tanış olacaq, onların mahiyyətinə diqqət yetirəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)