UNUDULMAZ SEVGİ ŞEİRLƏRİ - Vaqif Səmədoğlu, “Mən sənin yuxularına…” Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz xalq şairimiz Vaqif Səmədoğlunun bütün şeirləri mükəmməldir. Onun yaratdığı poetik mənzərə həm o qədər canlıdır ki, gözlə görünür, həm də o qədər emosionaldır ki, içini tərpədir…

 

 

Mən sənin yuxularına

uzaq, lap uzaq

ya tropik, ya buz bağlamış

torpaqlarda girmək istəyirəm.

Mən səhər tezdən,

saat təxminən dörddə

girmək istəyirəm yuxuna.

 

Taiti adalarından

balıqçı qayıqları

okeana çıxan vaxt.

Ora vaxtıyla, duman içində…

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)