“Arzuların qurduğu sarayları şübhələr dağıdar” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM Featured

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Öz yolunla get və narahat olma, səni istəyənləri yanında görəcəksən.

2.Şahmatın şah qanunu: Şah şahı mat edə bilməz.

3.Bizə həyat bəxş olunub, biz də bu həyata xoşbəxtlik bəxş edək.

4.Arzunu ancaq arzusu olanla bölüş. 

5.Ağılla yaşamaq yaxşıdır, amma gözəl həyat hisslər­lədir.

6.İnsanın danışdığı yalan maraqlı deyil, onun niyə yalan danışdığı maraqlıdır.

7.Arzuların qurduğu sarayları şübhələr dağıdar.

8.Məsafə metrlə, çəki kiloqramla, insan mərhəmətlə ölçülür.

9.İçimdəki dünya, çöldəki dünyadan qat-qat ədalətlidir.

10.Çata bilmədiyin arzuya uzaqdan da olsa, gülümsə.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)