Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ötən gün qırğız yazıçısı Beqijon Ahmedovun “Dərviş” kitabının təqdimatında bildirib. 

 

Fondun prezidenti qeyd edib ki, Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbirin təşkilində əsas məqsəd türk xalqlarının mədəniyyətlərini birləşdirməkdən ibarətdir.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.