Bu gün Mətbuat Şurasında tanınmış özbək yazarla görüş keçiriləcək

Bu gün Azərbaycan Mətbuat Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəm ilə keçiriləcək görüş keçiriləcək. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib. 

Tədbir "Kitab dünyası" qəzeti ilə tanışlıq və əlaqələrin qurulması məqsədi daşıyır. 

Xatırladaq ki, Xasiyyət Rüstəm çağdaş özbək ədəbiyyatında yeri olan şairdir, eləcə də Özbəkistan - Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində fəallıq göstərir. 

Tədbir Azərbaycan Mətbuat Şurasının Məmməd Araz küçəsi 4 ünvanında yerləşən ofisində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.