Uşaqlar üçün yeni nağıl kitabı

Uşaq yazıçısı Mehriban Nağıyevanın yeni kitabı çap olunub.

“İncinin nağıl dünyası” adlı kitabda kiçik yaşlı oxucular üçün bir-birindən maraqlı nağıllar yer alıb.

Kitabdakı şəkillərin müəllifi rəssam İnci Mirzəyevadır. İnci Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli məktəbin 3-cü sinif şagirdidir.

Kitabda “Dastana dönən Xudayar”, “Ana südü”, “Xeyirxah kirpi”, “Yatmağı sevməyən ayı balası”, “Mahnı oxuyan toyuq”, “Sevimli Bobi”, “Dəcəl dovşan”, “Xeyirxah su damlası”, “Diş həkimi” və “Fəridənin yalanı” nağılları yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.