“Sonuncu ölən ümidlərdir” yeni qayıdış etdi

Azərbaycanda rəsmən ən çox satılan, elektron formatda ən çox yüklənən kitab - bu il 15 yaşını qeyd edən “kitab-əfsanə” adını almış “Sonuncu ölən ümidlərdir” “Azərkitab yayınları”nda yeni redaktədə və dizaynda çap olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hər il konveyerlərdən  çıxan minlərlə keyfiyyətsiz pirat nüsxələrinin qarşısı alınmaqla kitabın yeni oxucularına romanın daha təkmil və nəfis çaplı variantı təqdim olunub.

Kitabı “Bakı Kitab Mərkəzi”ndə, “Ali və Nino”, “Libraff”, “Kitabevim.az” mağazalar şəbəkəsindən əldə etmək mümkündür.

Kitabın satış qiyməti 10 manatdır. 

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.