“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabı çapdan çıxıb

AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitabı nəşr olunub.
Bu barədə AzərTAC-a muzeydən məlumat verilib.
Kitab Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar çap etdirilib.
Nəşrdə muzeyin fondunda mühafizə olunan və Ərtoğrol Cavidin mütəfəkkir şair Nizami Gəncəvi irsinə hədsiz məhəbbətini, heyranlığını ifadə edən materiallar toplanıb. Bu nadir materiallar Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi musiqi əsərlərinin not yazılarını, onun topladığı və görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun repertuarında istifadə edilmiş Nizami yaradıcılığı nümunələrini əhatə edir.
Kitab mütəxəssislər və nizamisevərlər üçün nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın 22-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin oğlu, bəstəkar, musiqişünas və folklorşünas Ərtoğrol Cavidin anadan olmasının 102 ili tamam olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.