Gənc şair Aypara Ayxanın ilk kitabı işıq üzü görüb

“Mücrü” nəşriyyatında gənc şair Aypara Ayxanın ilk şeir kitabı olan  "Mutasiya" işıq üzü görüb. Bu kitabda 13 yaşından şeirlər yazan Ayparanın 2015-ci ildən bu yana yazdığı şeirləri yer alıb. Redaktoru tanınmış şair Ayaz Arabaçı, ön söz müəllifləri Vasif Süleyman və Ömer Faruk Arlı olan kitabda Ayparanın Azərbaycan və Türkiyə mediasında ara-sıra dərc edilən, eləcə də sosial mediada paylaşılan şeirləri yer alıb.
“Sayəndə DNT-si də dəyişdi duyğularımın. Sevgim mutasiyaya uğrayaraq nifrətə çevrildi” deyən şair bununla öz lirik mənini də ortaya qoymuş olur, kövrək sevgi misralarına tapındığını izhar edir.  
Aypara Ayxan öz sosial media hesabında kitabı ilə bağlı ümidlərini bu cür dilə gətirib: “İnanıram ki, bu kitabı oxuyan hər kəs öz  duyğularına xitab edən şeirlə qarşılaşacaq.”
Ümidlərinin doğrulması diləyi ilə!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.