Tarantinonun "Bir dəfə Hollivudda" debüt romanı noyabrda rus dilində çıxacaq

Rejissor Kventin Tarantinonun debüt romanı olan “Bir dəfə Hollivudda” romanı ABŞ-da Amazon üzərində satış rekordlarını qırdı, Nyu-York Taymsın bestsellerləri sırasında 1 nömrəli oldu. Bu payız roman Rusiyada Audio və elektron formatda buraxılacaq, TASS -ın İndividuum nəşriyyatından aldığı  məlumat bu cürdür. Demək, kitab azərbaycanlı oxucular üçün də əlçatan olacaq.
Kventin Tarantino kitab yazmağına belə şərh veri: “Mən özümü küncə sıxışdırdım və döyüşlə yollanmalı oldum”.
"Bir dəfə Hollivudda" - eyni adlı filmdən izləyicilərə tanış olan personajların xarakterlərini fərqli rakursdan açan dolğun əsərdir. Kitab Rick Dalton (Leonardo Di Caprio) və onun dublyoru Cliff Buta (Brad Pitt) tərəfindən ifa edilərək bir dəfə məşhur olan hekayənin indi də nəqletmə gözəllikləri ilə davamını gətirir.
"Hər kəs Tarantinonu kinossenarilərin kralı və dialoqların hökmdarı kimi tanıyır, indi onu yalnız sözlə, kameranın köməyi olmadan yadda qalan obraz yaradıcısı olan daha az istedadlı yazıçı kimi tanıyacaqlar.”
İndividuum-in baş redaktoru Feliks Sandalovun söylədikləridir bunlar. Əlbəttə ki, mahir kinoçu Tarantino debütant yazıçı Tarantinodan hələ ki qat-qat güclüdür. Amma bilmək olmaz sabah necə olacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.