Türkiyədə Nadir Adilmanın “O gələcəkmi?” kitabı işıq üzü gördü

“Türkiyədə çap edilən bu kitabımı internat evlərində böyüyərək hər gün “O gələcəkmi” sualını öz-özünə bir neçə dəfə təkrar edən bütün balaca dostlarıma həsr edirəm.
Kitabın bütün dillərdərdəki nəşrindən əldə edəcəyim vəsaiti Araz Əhmədovun rəhbərlik etdiyi "IMSI" İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin üzvləri arasından seçiləcək gəncin xərclərinə və yaxud da maliyyə imkanları həddi imkan verərsə gənclərin Türkiyədə təhsilləri xərclərinə yönəldəcəyəm.”
Bunlar yeni nəşrə müəllifin yönəldici sözləridir.
Qeyd edək ki, Azərbaycanın tanınmış motivasiya spikeri və kouçu Nadir Adilmanın “ O gələcəkmi” kitabını Türkiyədə “Nestor” yayın evi nəşr edib. Kitabın tərcümə və redaktəsi Şebnem Karslıya məxsusdur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.