“Azərbaycan ədibləri” seriyasından növbəti kitab Seyran Səxavət barədədir


Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seriyasından tərtib etdiyi “Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb.
Kitab şair, nasir, tərcüməçi Seyran Səxavətə həsr edilib.
Göstəricidə yazıçının kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən materiallar əhatə olunub.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın tərtibçiləri Xeyransa Abbasova, Gülbahar Misirova, elmi redaktoru professor Kərim Tahirov, redaktoru isə Elnur Nəciyevdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.