Sabir Rüstəmxanlının Seçilmiş əsərlərinin 1-ci cildi işıq üzü gördü

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının 15 cilddən ibarət Seçilmiş əsərləri “Qanun” nəşriyyatında işıq üzü görəcək. Cildlərdən biri - 1-ci cild artıq çap olunub.
Sabir Rüstəmxanlı yaradıcılığı boyu ərsəyə gətirdiyi həm şeirlərini, həm publisistik yazılarını Seçilmiş əsərlərinə daxil edib.
Xatırladaq ki, indiyədək xalq şairimizin “Tanımaq istəsən", “Xəbər gözləyirəm", “Sevgim, sevincim”, “Gəncə qapısı", “Sağ ol, ana dilim!",
“Qan yaddaşı", “Ömür kitabı", “Atamın ruhu”, “Bu sənin xalqındır , “Zaman məndən keçir", “Xətai yurdu", “Göy Tanrı", “Bütövlük həsrəti", “Ölüm zirvəsi", “Difai fədailəri", “Sunami", “Əbədi Sevda", “Dərdə əyilmə”,  “Şair və Şər”, Astar” kimi poeziya və publisistika kitabları işıq üzü görmüşdür.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.