Bu gün Bakı Ekspo Mərkəzində çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimi olacaq Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçirilir. Bu gün oktyabrın 2-dir və səhər saat 10-da sərginin təntənəli açılış mərasimi olub. 

 

Sərgidə maraqla gözlənilən tədbirlərdən biri də bu gün saat 16-da Yaşıl zonada baş tutacaq Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimidir. 

Bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir.

Kitaba Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, Natiq Rəsulzadənin hekayələri, Xalq şairlərindən Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayev, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın da əsərləri antologiyada yer alıb.

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini bərpa etmiş “Yazıçı” nəşriyyatının “Booker Publishing house” nəşriyyat evi ilə birgə ərsəyə gətirdiyi antologiyanın böyük maraqla qarşılanacağı hədsizdir.

Bütün maraqlananlar dəvətlidir.

Hələ kitab hədiyyəsi də olacaq! 

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.