Bir bank və bir nəşriyyat bir araya gəlib kitabın təbliğinə töhvə verdilər - YENİ LAYİHƏ Featured

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə kitabın populyarlaşması üçün atılan hər bir addım təqdirəlayiqdir. Növbəti belə addımı Yelo Bank və "Parlaq İmzalar" nəşriyyatı birlikdə atıblar. 

 

“Ədəbiyyat və incəsənət” portalı “Parlaq imzalar” nəşriyyatınln rəhbəri Nurman Tariqə müraciət edərək layihə barədə ondan aşağıdakı bilgiləri alıb: 

“Yelo Bank innovativ və düşünülmüş layihələri ilə müştəri məmnuniyyətini artırmağa davam edir. Bu təşəbbüsün davamı kimi bizim "Parlaq İmzalar" nəşriyyatı ilə birlikdə əməkdaşlıq layihəsi həyata keçirilib. Artıq Bankın yeni konseptli xidmət mərkəzlərində növbə gözləyərkən müştərilər kitab oxuya biləcəklər. Sarı cildli seriya kitablar bankın korporativ imic rəngi ilə eyniləşdirilib. 

Layihənin əsas məqsədi müştərilər üçün filiallarda qonaqpərvər mühit yaratmaq və onların vaxtını mütaliə ilə səmərəli dəyərləndirməyə həvəsləndirməkdir.

Bu əməkdaşlıq çərçivəsində Bankın dəstəyi ilə nəşriyyatımız tərəfindən ən maraqlı xarici ədəbiyyat - Cek Londonun "Həyat Eşqi”, Frans Kafkanın "Atama məktub”, Ştefan Sveyqin "Şahmat”, Anton Çexovun "Qılaflı adam” kimi əsərləri çap olunub. "Yoldaş” seriyasına aid olan bu kitabların əsas özəlliyi dünya ədəbiyyatının qısa və mükəmməl əsərlərindən ibarət olmasıdır. Gələcəkdə əməkdaşlığın davamı kimi bir sıra yeni kitablar orijinal dillərdən tərcümə əsasında nəşr ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.