Beynəlxalq Muğam Mərkəzində “Kinocizgilər” təqdim ediləcək

Aprel ayının 21-də Beynəlxalq Muğam Mərkəzində tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

 

 “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilən kitabda  Orxan Fikrətoğlunun həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələri və novellaları yer alıb.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab olduqca maraqlıdır. Bunu bir müddətdir ki, portalımızda dərc edilən “Kinocizgilər”dən hissələrin yüksək oxunma sayı da sübut etməkdədir.

Təqdimat mərasimində yazarın qələm dostları, kino və ədəbiyyat xadimləri,  ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Tədbir saat 16.00-da başlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.