“Ulduz” bir neçə nəşrini təqdim edəcək

 

“Ulduz" jurnalının Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə layihəsi olan "Yeni nəsil: proza",  "Yeni nəsil: poeziya" və  "Yeni nəsil: tənqid" xüsusi buraxılışlarının təqdimat mərasimi baş tutacaq. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına jurnalın redaksiyasından məlumat verilib. 

Tədbir 5 aprel 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin  Natəvan klubunda keçiriləcək.

Daim oxucularını sevindirən jurnalın bu nəşrləri də böyük maraq doğurub.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.